Hadisə rayonun M.Nərimanov küçəsi 16 ünvanın qarşısında baş verib. Həmin ünvanda Türkiyə vətəndaşı, 1974-cü il təvəllüdlü Koç Yami Habib oğlu və Əfqanistan vətəndaşı, 1957-ci il təvəllüdlü Səid Ənvər Məhəbbət oğlu Həşimi mübahisə ediblər. Mübahisə zamanı onlar bir-birlərini döyüblər. Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis bölməsində araşdırma aparılır. (Teleqraf.com)
İnterpress.az