Şikayətçi bildirib ki, 2015-ci ilin sentyabr ayında baş vermiş zəlzələ nəticəsində evi yararsız vəziyyətə düşüb. Dəfələrlə komisiya gəlib baxsa da, bir köməklik edən tapılmır: “Zəlzələdən divarlar çat-çatdır. Damı söküldüyü üçün yağış yağanda evin içi tamam su olur. Məcburi köçkünük. Zorla bir ev tikmişdik, o da qəzalı vəziyyətdədir. Həm Şəki, həm də Laçının İcra Hakimiyyətinə müraciət etmişik. Hər dəfə gəlib baxırlar, qəzalı yazıb gedirlər. Ancaq bir çarə qılan olmayır.
Kəndimizdə bir neçə ailənin yararsız vəziyyətə düşmüş evi tikilib, bizə deyirlər suvaq vuraq yaşayın. Deyirəm, sən yaşaya bilərsən? Deyir ki, yox. Heç olmasa, çadır versinlər onda yaşayaq. Bu evin hər saatı təhlükədir”.
M. Həsənovun sözlərinə görə, yoldaşı da, özü də xəstədir. Bu səbəbdən də məsələnin üstünə tam düşə bilmirlər: “Nə qədər vaxtdır ki, İcraya getməyi planlaşdırıram, ancaq xəstəliyim imkan vermir. Yoldaşım ikinci qrup əlildir, özüm də 9 dəfə əməliyyatdan çıxmışam. Bu vəziyyətdə yaşamaq mümkün deyil.
bilmirəm nə edim. Bütün aidiyyatı orqanlara müraciət etmişik, qohumbazlıq edirlər. Biz də son çarə olaraq mediaya üz tutduq. Xahiş edirəm bizim bu məsələmizə ciddi yanaşılsın”. (qafqazinfo)
İnterpress.az