MTRŞ-dan kabel televiziyalarına “Kanal D” yasağıbackend

MTRŞ-dan kabel televiziyalarına “Kanal D” yasağı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə “Nar CityNet” şirkətindən bildiriblər.

Qeyd edək ki, Azərbaycan tamaşaçıları arasında populyar olan “Kanal D” telekanalının yayımını əksər kabel televiziyalarında təxminən iki ay əvvəl dayandırılmışdı.

“MTN işi” ilə bağlı həbs olunan BTRİB-in sabiq rəisi Beytulla Hüseynova məxsus olan “CityNet” provayderi isə “Kanal D”nin yayımını davam etdirirdi.
“CityNet” “Nar” mobil operatoruna satıldıqdan və “Nar CityNet” adlandırıldıqdan sonra provayderin yayım siyasətində dəyişiklik edilib. Bazar ertəsindən etibarən abunəçilərə heç bir xəbərdarlıq edilmədən “Kanal D”nin yayımı dayandırılıb.

Müxbirimiz “Nar CityNet”lə əlaqə saxlayıb bunun səbəbini öyrənməyə salışıb. Şirkətdən bildirilib ki, MTRŞ “Kanal D”nin yayımına icazə vermir: “Biz sona qədər “Kanal D”ni saxlamağa çalışdıq. Lakin iki ay müqavimət göstərə bildik. Nəhayət, aprelin 25-dən yayımı dayandırmalı olduq. Çünki, MTRŞ bunu bizdən tələb edir”.

Qeyd edək ki, “Kanal D” telekanalı “Doğan” media qrupuna daxildir və məşhur iş adamı Aydın Doğana məxsusdur. (musavat.com)

İnterpress.az