Aktyor Ceyhun Mirzəyevin 70 illiyi qeyd olunacaqbackend

Aktyor Ceyhun Mirzəyevin 70 illiyi qeyd olunacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-a Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqından daxil olan məlumatda qeyd edilir ki, aprelin 29-da Dövlət Film Fondunda görkəmli kinorejissor və aktyor Ceyhun Mirzəyevi anadan olmasının 70 illiyi qeyd olunacaq.

Tədbirdə unudulmaz sənətkarın sənət dostları, kinoşünaslar Ceyhun Mirzəyevin həyat yolundan və yaradıcılığından söz açacaqlar.
Ceyhun Mirzəyev 1946-cı il aprelin 9-da Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirib. Moskvada da təhsil alıb. Onun 48 illik ömrünün 35 ilə yaxını kino ilə bağlı olub. Çünki \”Görüş\” filmində Şıxəlinin oğlunun obrazını yaradanda cəmi 11 yaşı var idi. On iki yaşı olanda isə \”Ögey ana\”ya dəvət alıb.

Ceyhun Mirzəyev kinostudiyada müxtəlif peşələrdə çalışıb. Assistent də olub, rejissor köməkçisi də işləyib, aktyorluq da edib, üstəlik rejissor kimi filmlər də çəkib. \”Mozalan\” satirik kinojurnalı üçün süjetlər çəkib. \”Mozalan\”ın bədii rəhbəri olub. Ceyhun Mirzəyev həm də güclü parodiyaçılıq qabiliyyətinə malik olub. Belə ki, o, bir dəfə söhbət etdiyi adamın səsini, danışıq formasını o dəqiqə yamsılamağı bacarırmış. Hətta \”Mozalan\”ın başlığında səslənən vızıltı səsi də ona məxsus olub. Ceyhun Mirzəyev 1993-cü ildə vəfat edib.

İnterpress.az