Tam sağalması mümkün olmayan bu xəsarət həkim bisavadlığından başqa valideynlərin israrı üzündən də baş verir. Bu barədə doktor Aqil Əbilov açıqlamasında deyib:
\”Lazer əslində yandırmaq üçün istifadə olunan bir vasitədir. Sünnət üçün istifadəsinə nə ailələr, nə də həkimlər lütfən yol verməsin. Lazer uşağın cinsiyyət orqanını yandırıb bu günə salıb. Təbii ki, çalışırıq bu problemi aradan qaldıraq. Amma nə qədər sağalsa da problem ömür boyu qalacaq. Bəzən valideynə lazerlə sünnət etmirəm deyəndə, səndən üz çevirirlər. Amma uşaqlarının bu cür bədbəxtçiliyini ana və atalar göz önünə gətirməlidirlər\”.(big.az)
İnterpress.az