Siyəzəndə şagirdlərin niyə zəhərləndiyi BİLİNDİbackend

Siyəzəndə şagirdlərin niyə zəhərləndiyi BİLİNDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

5 b sinfinin şagirdləri məktəbdənkənar yerdən-mağazadan keks və qoğal alıb gətiriblər və sinif yoldaşlarının ad gününü qeyd ediblər.

“Onlar 10 dəqiqəlik böyük tənəffüsdə sinif rəhbərlərinə bildiriblər ki, şirniyyatları onlar üçün doğrasın. Şagirdlərlə birlikdə müəllimə də həmin şirniyyatlardan yeyib. Sonra 6 uşaq vəziyyətinin pis olduğunu, ürəkbulanma olduğunu deyib.

Təcili Yardım çağrılıb və şagirdlər təcili xəstəxanaya aparılıb. Mədələri yuyulub və evə buraxılıblar. 2 şagirdb isə sonradan evdən gedib. Beləliklə 8 şagird həmin qidalardan zəhərlənib. Qalan şagirdlərin valideynləri ilə əlaqə saxlanılıb. Onların vəziyyətlərinin yaxşı olduğu bildirilib”.

S.Ələkbərova deyib ki, zəhərlənmə hadisəsinin məktəblə əlaqəsi yoxdur. “Şagirdlər özləri kənar yerdən alıb gətirmişdilər. Bunu hüquq-mühafizə orqanlarının əməkdaşı, Sanitar-Epidemioloji Stansiyadan gələn şəxs də baxıb təsdiqləyib”.(Modern.az)

İnterpress.az