Ermənilərin atəşkəsi pozması nəticəsində yaşayış məntəqələrinə dəyən ziyan açıqlandıbackend

Ermənilərin atəşkəsi pozması nəticəsində yaşayış məntəqələrinə dəyən ziyan açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Komissiyasından bildirilir ki, ağır artilleriya atəşi nəticəsində Tərtər şəhərində 4 fərdi yaşayış evi, bir inzibati bina, Tərtər rayonu Qaraağacı kəndində 16 fərdi yaşayış evi, kənd qəbiristanlığında 20-dən çox məzar dağıdılıb, o cümlədən şəxsi təsərrüfatlara, rayonun elektrik və qaz təsərrüfatına ciddi ziyan dəyib. Bu hallar hazırda da davam edir.

Qeyd olunanları nəzərə alaraq, Dövlət Komissiyası bu addımların beynəlxalq humanitar hüquq normalarına, müharibə qaydalarına zidd olduğunu, adi insani dəyərlərə hörmətsizlik kimi qiymətləndirdiyini Beynəlxalq Qızıl Xaç Komitəsinin diqqətinə çatdırıb və qarşı tərəfi bu əməllərdən çəkindirməyə çağırıb.(Musavat)

İnterpress.az