Suriyadan olan İŞİD terror qruplaşmasının 9 üzvü sui-qəsd üçün ərazidə kəşfiyyat apararkən saxlanılıb. Onlardan birinin qadın olduğu bildirilir.
Məlumatda qeyd olunur ki, Davudoğluna qarşı sui-qəsd hazırlayan kamikadzelər iki aydır hazırlıq işləri aparırmış.
Xəbərdə o da bildirilir ki, polis sui-qəsd planından xəbərdar imiş və onları daima nəzarətdə saxlayırmış.
İnterpress.az