6 yaşlı uşaq 10-cu mərtəbədən yıxılaraq öldübackend

6 yaşlı uşaq 10-cu mərtəbədən yıxılaraq öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Başqırdıstan respublikasının paytaxtı Ufada 6 yaşlı oğlan uşağı yaşadığı mənzilin pəncərəsindən yıxılıb. Başqırıstan respublikası üzrə istintaq komitəsinin verdiyi məlumata görə, hadisə aprelin 25 axşam saatlarında baş verib. Anası mətbəxdə yemək bişirərkən 6 yaşlı uşaq otaqda tək olub. \”Bir müddət sonra ana uşağın oynadığı otaqda sakitçilik olduğunu, pəncərənin açıq olduğunu və uşağın otaqda olmadığını görüb\” – deyə komitənin bəyanatında qeyd edilir.

30 yaşlı qadın küçəyə çıxanda yerdə uşağın həyat əlamətləri olmayan meyiti görüb. Ana təcili tibbi yardım çağırsa da hadisə yerinə gələn həkimlər oğlanın keçindiyini müəyyən ediblər.

Uşaq və onun valideynləri Azərbaycan vətəndaşlarıdır.

Hazırda faktla bağlı məhkəmə-tibbi ekspertizası təyin olunub. Araşdırmalar zamanı azyaşlını diqqətsiz buraxan valideynlərin hərəkətlərinə qiymət veriləcək. ( anspress.com )

İnterpress.az