Bu məlumatı ADP funksioneri Həsrət Rüstəmov paylaşıb.
H.Rüstəmov sosial şəbəkədə paylaşdığı statusda “Cox üzüçü bir xəbər aldım. Şəhid atası, qazi, könüllü müdafiə batalyonunun sabiq komandiri Əbdül Məmmədov bu gün Allahın dərgahına qovuşub” yazıb.
Əbdül Məmmədovun beyin iflicindən öldüyü bildirilir.
Birinci Qarabağ müharibəsinin qazisi, birinci qrup Qarabağ əlili, 25 ilə yaxındır ki, yataq xəstəsi olan Əbdül Məmmədovun mayor oğlu Rasim Məmmədov 3 aprel 2016-cı il tarixində Lələtəpə yüksəyliyinin alınması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdu.





Allah rəhmət eləsin!