Yaralı vəziyyətdə olan Ağdam rayonunun Çəmənli kənd sakini Famil Mustafayev dünyasını dəyişib. F.Mustafayev bu gecə Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində yaralanmışdı.
Son məlumatlara görə, Çəmənli kənd sakinlərindən daha biri Zahid Rəhimov atəşkəsin pozulması nəticəsində yaralanıb. O Ağdam rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Ermənistan silahlı qüvvələrinin bu gecə atəşkəsi pozması nəticəsində yaralı dinc sakinlərin sayı 4 nəfərə çatıb.
Azərbaycan Ordusunun cavab zərbələri qarşı tərəfi susmağa məcbur edib. Hazırda cəbhə xəttində nisbi sakitlik hökm sürür.(ans)
İnterpress.az