Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Sankt-Peterburqda gözlənilən üçtərəfli görüşü ilə bağlı yeni açıqlama verib.
İnterpress.az saytı Rusiya KİV-nə istinadən xəbər verir ki, Peskov görüşün təşkili istiqamətində iş aparıldığını deyib.
“Bu istiqamətdə iş aparılır. Biz belə görüşlərin keçiriləcəyini istisna etmirik. Hər şey razılaşdırıldığı halda, bu barədə informasiya verəcəyik”.
Xatırladaq ki, ötən gün Rusiya mətbuatı iyunun sonlarında Sankt-Peterburqda Vladimir Putin, İlham Əliyev və Serj Sarksiyan görüşünün keçiriləcəyi barədə məlumat yaymışdı.
İnterpress.az