İran səfirliyi “Beynəlxalq Qüds Günü” ilə bağlı konfrans keçiribbackend

İran səfirliyi “Beynəlxalq Qüds Günü” ilə bağlı konfrans keçirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Möhsin Pakayin: “Müsəlman ölkələri, həmçinin Azərbaycan da xristian dövlətlərinin işğalçı niyyətlərindən əziyyət çəkir”

“Beynəlxalq Qüds Günü” münasibəti ilə əlaqədar İran İslam Respublikasının Azərbaycandakı səfirliyi \”İslam dünyasının işğalçılıq və ifratçılıq əleyhinə birliyi\” adlı konfrans keçirib.

İnterpress.az-ın verdiyi xəbərə görə, tədbirdə İranın Azərbaycandakı səfiri Möhsün Pakayin, eləcə də diplomatik korpusun nümayəndələri, ictimai-siyasi və din xadimləri iştirak ediblər.

Tədbirdə çıxış edən İranın Azərbaycandakı səfiri Möhsün Pakayini çıxış edərək “Qüds Günü”dən danışıb: \”İsrail rejimi uzun illərdir Fələstin torpaqlarını işğala məruz qoyub və bu əsarət hələ də davam edir. Digər müsəlman ölkələri, həmçinin Azərbaycan da xristian dövlətlərinin işğalçı niyyətlərindən əziyyət çəkir\”.

Dağlıq Qarabağ probleminə toxunan səfir \”Qarabağ məsələsi tezliklə, sülh yolu ilə ədalətli şəkildə həll olunmalıdır\” deyib. İranın münaqişə ilə bağlı daim Azərbaycanın yanında olduğunu vurğulayıb.

İnterpress.az