Dünya siyasətinə qadın damğasıbackend

Dünya siyasətinə qadın damğası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gələn ildən etibarən beynəlxalq siyasətdə söz sahibi olan postlarda böyük ehtimalla daha çox qadın siyasətçilər olacaq.

Angela Merkelin rəhbərliyindəki Almaniyadan sonra Böyük Britaniya hökumətinin rəhbəri vəzifəsinə qadın siyasətçinin keçəcəyi dəqiqləşib. Birləşmiş Krallıqdakı tarixi referendumun ardından iqtidardakı Mühafizəkar partiyasından olan baş nazir Devid Kemeronun xələfi ya daxili işlər naziri Teresa May, ya da energetika naziri Andrea Ledsom olacaq.

Britaniya parlamentindəkı Mühafizəkar partiyalı millət vəkilləri arasında həyata keçirilən səsvermədə Teresa May 329 səsdən 199-nu, Andrea Ledsom isə 84-nü qazanıb.

İngiltərənin ədliyyə naziri Maykl Qove isə 46 səs toplayaraq bu turda kənarlaşdırılıb. Britaniya tarixində baş nazir ikinci dəfə qadın olacaq. İngiltərənin ilk və hələlik son baş naziri 1979-1990-cı illərdə “Dəmir ledi” ləqəbli Marqaret Tetçerdir.

Klintonun ayaq səsləri

Amerika Birləşmiş Ştatlarında noyabr ayında keçiriləcək prezident seçkilərində də Demokrat partiyasından namizəd Hillari Klinton Respublikaçı partiyasından olan rəqibi Donald Trambı üstələyir.

Son anketlərə görə, Klinton xalqın səsinin 51%-ni, Tramp isə 42%-ni toplayıb. Klinton rəqibini 9 səs fərqi ilə üstələyir. Beləliklə, böyük sürpriz olmasa noyabr seçkilərindən sonra Birləşmiş Ştatların prezidenti Barak Obama postunu Klintona təhvil verəcək.

Dünya siyasətinə qadın damğası

Hillari Klinton – ABŞ prezidentliyinə Demokratlar partiyasından namizəd

Beynəlxalq aləmdə digər önəmli və nüfuzlu vəzifələrdən biri isə birləşmiş Millətlər Təşkilatının Baş katibidir. 2007-ci ildən bəri – iki dönəmdir ki, BMT-nin baş katibi olan Pan Gi Mun bu il vəzifədən gedir.

BMT-yə üzv ölkələrin Pan Gi Munun yerinə keçəcək namizədin seçilməsi üçün vaxt davam edir. Son olaraq Kosta Rika Kristina Fiqueresi namizəd göstərib.

Kosta Rikalı Fiqueres (59) altı ildir BMT-də İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Baş katibidir.

3 dönəm Kosta Rikanın prezidenti olan Joze Fiqueres Ferrerin qızı Kristina Fiqueres sabiq prezident Joze Mariya Fiqueresin bacısıdır. BMT Baş katibliyinə namizəd olaraq Fiquereslə birlikdə 12 nəfərın adı çəkilir. Onlardan altısı qadındır. Bu altı nəfərdən biri seçilərsə, ilk dəfə qadın BMT-nin baş katibi vəzifəsini yerinə yetirəcək. Quruma üzv ölkələrin bəziləri hesab edir ki, BMT-yə qadının başçılıq etməsinin vaxtıdır. (ans)

Dünya siyasətinə qadın damğası

İnterpress.az