Ermənistan ərazisinə keçən azərbaycanlının ruhi problemləri var – Erməni mediası – YENİLƏNİBbackend

Ermənistan ərazisinə keçən azərbaycanlının ruhi problemləri var – Erməni mediası – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanlı çoban azmayıb, təslim olmaq üçün ağ bayraqla Ermənistan tərəfinə keçib.

İnterpress.az xəbər verir ki, bu barədə 24News məlumat yayıb.

Berd icması 24News-un məlumatına görə, azərbaycanlı çobanın azmayıb, təslim olmaq üçün ağ bayraqla Ermənistan tərəfinə keçdiyini bildirib.

İcmada yayılan şayiələrə görə, onun ruhi sağlamlıq problemləri var.

Saxlanılan şəxs artıq Berddən İrəvana aparılıb.

***

11:26

Ermənistan mediasının yaydığı məlumata görə, azərbaycanlı çoban Ermənistan ərazisinə keçib.

İnterpress.az xəbər verir ki, bu barədə Ermənistanın 5TV telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, Azərbaycanlı çobanın Ermənistan sərhədini keçdiyi bildirilir.

Məlumata əsasən, həmin şəxs aşkarlanıb və hazırda Berd şəhərindəki hərbi polis bölməsində saxlanılır.

Ermənistan Müdafiə Nazirliyi məsələ ilə bağlı hələlik açıqlama verməyib. Bununla belə, Tavuş bölgəsindəki icma rəhbərlərindən biri 5TV-yə açıqlamasında hadisə barədə eşitdiyini, lakin dəqiq məlumata malik olmadığını bildirib.

Onun sözlərinə görə, şəxs ərazidəki meşəlik sahədən keçərək bölgəyə daxil olub.

Ermənistan Milli Təhlükəsizlik Xidmətindən isə əvvəlcə belə bir məlumatın olmadığı bildirilib. Daha sonra qurum məsələ ilə bağlı yazılı sorğu göndərilməsini istəyib.

Telekanal sorğu göndərdiyini və cavab alan kimi məlumatı dərc edəcəyini açıqlayıb.

Hadisə ilə bağlı rəsmi qurumların yekun açıqlaması hələ yayımlanmayıb.

Xuraman Etibarlı

İnterpress.az