Rusiyada spirtli içki daşıyan yük maşını yanıb, M-12 magistralı bağlanıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Rusiyanın Başqırdıstan Respublikasında M-12 magistralında konyak və araq daşıyan yük maşınında güclü yanğın baş verib.
Hadisə Verxniye Tatişlı yaşayış məntəqəsinin yaxınlığında qeydə alınıb.
Məlumata görə, yanğın zamanı yük maşınının təkərləri və digər hissələri ətrafa səpələnib. Hadisə səbəbindən magistralda nəqliyyatın hərəkəti tam dayandırılıb.
Ərazinin yaxınlığında yanacaqdoldurma məntəqəsi yerləşdiyindən fövqəladə xidmətlər hadisənin nəticələrini aradan qaldırmağa çalışırlar.
Yanğının səbəbi və xəsarət alanların olub-olmaması barədə hələlik məlumat verilməyib.
Xuraman Etibarlı
İnterpress.az






