Yaltada çay daşqını səbəbindən avtomobil yolunda hərəkət dayandırılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Krımın Yalta şəhərində Quva çayının daşması səbəbindən Cənub Sahili şosesində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Ən kritik vəziyyət Koreiz qəsəbəsində qeydə alınıb. Burada iki istinad divarı dağılıb, Uzen-Çeşme çayının suları isə məcrasından çıxaraq ətrafa yayılıb.
Hadisə yerində vəziyyətin qiymətləndirilməsi və mümkün təhlükələrin aradan qaldırılması istiqamətində tədbirlərin görülməsi zərurəti yaranıb.
Xuraman Etibarlı
İnterpress.az






