Zavodda polad platforma AŞDI: 24 yaşlı fəhlə ÖLDÜ – VİDEObackend

Zavodda polad platforma AŞDI: 24 yaşlı fəhlə ÖLDÜ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ankarada zavodda ağır qəza nəticəsində 24 yaşlı fəhlə həyatını itirib.

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Türkiyənin paytaxtı Ankarada fabrikdə baş verən istehsalat qəzası nəticəsində 24 yaşlı fəhlə Danyal Can həlak olub.

Hadisə zamanı işçilər polad platformanı trosla bərkitməyə çalışarkən konstruksiya aşıb və gənc fəhlənin üzərinə düşüb.

Hadisə ilə bağlı müəssisənin üç rəhbər şəxsi saxlanılıb.

Qəzanın səbəbləri və təhlükəsizlik qaydalarına əməl olunub-olunmaması araşdırılır.

Xuraman Etibarlı

İnterpress.az