Göbələkləri SƏHV SALDI – Ağır zəhərlənmə KEÇİRDİbackend

Göbələkləri SƏHV SALDI – Ağır zəhərlənmə KEÇİRDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zəhərli göbələkləri yeməli göbələklərlə səhv salan şəxs xəstəxanalıq olub.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Moskva vilayətində meşədən topladığı göbələkləri yeyən kişi ağır zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdirilib.

Kişi həkimlərə əvvəlki gün meşə göbələkləri yediyini və bundan sonra səhhətinin pisləşdiyini bildirib.

O, əvvəlcə özünü müstəqil şəkildə müalicə etməyə çalışsa da, sonradan təcili tibbi yardım çağırıb.

Həkimlər lazımi analizləri apararaq kişinin orqanizmindən toksinləri xaric ediblər. Bir gün sonra onun vəziyyəti yaxşılaşmağa başlayıb.

Məlumata görə, kişi böyük ehtimalla yeməli çətir göbələklərini zəhərli göbələklərlə səhv salıb.

Xuraman Etibarlı

İnterpress.az