Ermənistanda restoran meneceri qadın tualetində gizli çəkilişə görə AXTARILIRbackend

Ermənistanda restoran meneceri qadın tualetində gizli çəkilişə görə AXTARILIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda restoranın keçmiş meneceri qadın tualetində gizli çəkiliş işi üzrə axtarışa verilib.

İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası Ermənistan İstintaq Komitəsinə istinadən məlumat yayıb.

Ermənistanda Qustav restoranının keçmiş meneceri qadın tualetində gizli çəkiliş aparılması ilə bağlı iş üzrə axtarışa verilib.

Onun barəsində şəxsi həyatın toxunulmazlığını pozma maddəsi ilə cinayət təqibinə başlanılıb.

Media məlumatlarına görə, kişi qadın tualetindəki çanağın altına telefon yerləşdirərək gələn qadınları gizli şəkildə lentə almağa çalışıb. Cihazı ziyarətçilərdən biri aşkarlayıb.

İstintaq Komitəsi şübhəli barəsində həbs qətimkan tədbirinin seçildiyini bildirib. Hazırda onun yeri müəyyənləşdirilməyib.

Xuraman Etibarlı

İnterpress.az