Avstriya paytaxtı Vyanada baş tutacaq budəfəki görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə müzakirələr aparılacaq.
Minsk qrupu üzvlərinə ATƏT-in Minsk qrupunun həmsədrləri mayın 16-da Vyanada Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilmiş görüşün nəticələri və münaqişənin həlli üzrə növbəti addımlar haqqında məlumat veriləcəyi gözlənilir.
Xatırladaq ki, ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsi ilə həlli üçün yaradılmış qurumdur. ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb.
Azərbaycan, Ermənistan, Rusiya Federasiyası, ABŞ, Fransa, Polşa, Türkiyə, Belarus, Finlandiya və İsveç qrupun üzvləridir.
1996-cı ilin dekabrından onun üç – Rusiya, ABŞ və Fransadan olan həmsədrləri var. Qrupun əsas vəzifəsi Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılmasına və Dağlıq Qarabağ probleminin dinc vasitələrlə həll edilməsinə bilavasitə kömək etməkdir.
Bu günə kimi ATƏT-in Minsk Qrupunun fəaliyyəti heç bir nəticə verməyib.(modern)
İnterpress.az