Beş polisi güllələyən Mika Xaver Conson qanıyla divara \”A\” və \”V\” hərflərini yazıb.
Yerli polisin nümayəndəsi Devid Braunun məlumatına görə, o, bu hərfləri mühasirədə olduğu qaracın divarına həkk edib.
İstintaq hələ bu hərflərin mənasını aydınlaşdıra bilməyib. Onlar , Consonun kompüterindəki materialları öyrənməyə çalışır. Qeyd edək ki, iyulun 7-də keçirilən mitinqdə bir nəfər qaradərili, beş polisi öldürüb. (musavat)
İnterpress.az