Petro Poroşenko Azərbaycana gəlirbackend

Petro Poroşenko Azərbaycana gəlir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Petro Poroşenko iyulun 13-14-də Azərbaycana rəsmi səfərə gələcək. Bu barədə Ukrayna Prezidentinin saytı məlumat verir.

P. Poroşenko səfər zamanı Ukrayna və Azərbaycan Prezidentləri Şurasının V iclasında iştirak etmək, həmçinin ölkənin ali rəhbərliyi ilə görüşlər keçirmək niyyətindədir.

Bundan başqa səfərin proqramında iki ölkə arasında qarşılıqlı əlaqələrin yaxşılaşdırılmasına yönəlmiş bir sıra ikitərəfli sazişlərin imzalanması nəzərdə tutulub.

Səfərin gündəliyinə Azərbaycanın baş naziri və parlament spikeri ilə görüşlər daxildir. (ans)

İnterpress.az