“Sülh sazişinin imzalanması istiqamətində irəliləyişin əldə olunması üçün səylərimizi davam etdirəcəyik”backend

“Sülh sazişinin imzalanması istiqamətində irəliləyişin əldə olunması üçün səylərimizi davam etdirəcəyik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib. O bildirib ki, iyulun 11-də Vyanada keçirilən görüşdə həmsədrlər Minsk Qrupu üzvlərini aparılan danışıqlar, o cümlədən ABŞ dövlət katibi Con Kerrinin NATO sammiti çərçivəsində Azərbaycan və Ermənistan prezidentləri ilə görüşü və Rusiya prezidenti Vladimir Putinin Sankt-Peterburqda təşkil etdiyi sammit barədə məlumatlandırıblar:

“Həmsədr ölkələr hərtərəfli sülh sazişinin imzalanması istiqamətində substantiv danışıqlar üzrə irəliləyişin əldə olunması, ATƏT-in monitorinq missiyasının genişləndirilməsi və araşdırma mexanizmləri ilə bağlı təkliflərin yekunlaşdırılması üçün tərəflərlə yüksək səviyyəli səylərini davam etdirəcək”.

İnterpress.az