Tərkib:
150-200 qr çiyələk və moruq
2 ədəd kivi
250 ml qaymaq
100 qr “maskarpone” pendiri
5 qr vanil
Şəkər kirşanı
Nanə
Sous üçün:
100 qr moruq
100 qr şəkər tozu
Sousun hazırlanması:
Moruq və şəkər qarışdırılıb zəif odda qaynadılır, süzgəcdən keçirilib soyudulur.
Pendir qaymaqla çırpılır, vanil əlavə edilib qarışdırılır.
Çiyələk 6 hissəyə bölünür, moruq yuyulub suyu süzülür, kivi kvadrat şəklində doğranır.
Meyvələr nimçəyə, aralarına pendirli krem yayılaraq, qat-qat yığılır.
Hazır desertin üzərinə sous tökülür, şəkər kirşanı səpilir, nanə yarpağı ilə bəzədilib servis edilir.
İnterpress.az