İstirahət KABUSA ÇEVRİLDİ: Rusiyalı turist Vyetnamda denqeyə YOLUXDUbackend

İstirahət KABUSA ÇEVRİLDİ: Rusiyalı turist Vyetnamda denqeyə YOLUXDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vyetnamda istirahət edən rusiyalı turist qız təhlükəli xəstəliyə yoluxub.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Rusiyanın Lyubertsı şəhərindən olan turist Vyetnamın Dananq şəhərində istirahət edərkən denqe qızdırmasına yoluxub.

Məlumata görə, Yekaterina adlı turistin hərarəti qəfil 39-40 dərəcəyə yüksəlib. Onun bədənində güclü ağrılar və halsızlıq yaranıb.

Qızdırmasalıcı dərmanların qəbuluna baxmayaraq, vəziyyəti yaxşılaşmayıb və o, təcili tibbi yardım üçün xəstəxanaya aparılıb.

İlkin ehtimala görə, turist gecə yatarkən ağcaqanad dişləməsi nəticəsində virusa yoluxub. Denqe virusu hava-damcı yolu ilə və adi təmas nəticəsində insandan insana keçmir.

Həkimlərin sözlərinə görə, xəstəliyin təhlükəli xüsusiyyətlərindən biri də hərarət aşağı düşdükdən sonra vəziyyətin ağırlaşa bilməsidir.

Ağır denqe forması qısa müddət ərzində inkişaf edərək qanaxma, şok və daxili orqanların zədələnməsinə səbəb ola bilər.

Xüsusilə uşaqlar, yaşlılar və daha əvvəl denqe xəstəliyinə yoluxmuş şəxslər risk qrupunda hesab olunur.

Xəstəxanada aparılan analizlər nəticəsində turistdə denqe qızdırması təsdiqlənib. Hazırda ona tibbi yardım göstərilir.

Xuraman Etibarlı

İnterpress.az