Rusiyada azərbaycanlı saxta pul satarkən saxlanılıb. Hadisə Tambov ərazisində qeydə alınıb.
Məlumata görə, Tambov polis bölməsinin növbətçi hissəsinə məlumat daxil olub ki, bir kişi saxta pul satmaq istəyir. Asayiş keşikçiləri həmin şəxsi Morşanski şossesində saxlayıblar. Onun üzərindən 14 ədəd 5000 rubl (120 AZN) dəyərində saxta əsginas götürülüb. Müsadirə olunan pullar xüsusi araşdırmalar idarəsinə göndərilib və onların həqiqən saxta olduğu təsdiqlənib.
Polis idarəsindən verilən məlumata görə, saxlanılan şəxs Azərbaycan vətəndaşıdır. O, 6 il əvvəl Raskozovski rayonunda yaşayıb. 2013-cü ildə həbsxanadan çıxıb. Onu oğurluq üstündə həbs ediblər. Azərbaycanlı bildirib ki, həbsxanadan çıxdıqdan sonra Moskvada yaşayıb.
\”Kişinin pasportu yoxdur, ona görə də onun şəxsiyyəti barmaq izlərinin köməyi ilə müəyyən edilib. Onun axır vaxtlar harada yaşadığı, saxta əsginasları necə əldə etdiyi və Tambovda satmaq istəyi, bu işdə onun tərəfdaşlarının olub-olmaması və s. suallara istintaq cavab verməlidir\”, – deyə Tambov vilayəti üzrə hüquq mühafizə orqanlarının mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, azərbaycanlı polislə əməkdaşlıqdan imtina edib və nəyə görə Tambova gəldiyini, saxta pulu haradan əldə etdiyini izah etməyib.
Asayiş keşikçiləri şahid ifadələrinin sözləri ilə şübhəli şəxsin Tambov ərazisində təxmini marşrut hərəkətini müəyyən edib. Gecə o, iki dəfə gül mağazasına girib və gül dəstəsi üçün saxta 5000 rubl ödəyib. Satıcısı pulları yoxlamayıb və ona qalıq kimi əsl pul qaytarıb. Həmyerlimiz eyni zamanda onu Morşanski şossesinə gətirən taksi sürücüsünə də saxta əsginas verib.
Rusiya DİN-in Tambov üzrə Baş idarəsindən bildiriblər ki, saxlanılan şəxsə qarşı saxta pul hazırlama, daşıma və dövriyyəyə buraxma ittihamı ilə cinayət işi qaldırılıb. Hazırda saxta pulun hazırlandığı yer və cinayətin digər iştirakçıları müəyyənləşdirilir. (ans)
İnterpress.az