Şəhidin ailəsinin krediti silindibackend

Şəhidin ailəsinin krediti silindi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, barədə bankdan bildirlib. bankdan məsələ ilə bağlı verilən açıqlamada deyilir:

\”Bildirmək istəyirik ki, Bank of Baku şəhidlərimizin və qəhrəmanlarımızın ailə üzvlərinə dəstəyini heç bir zaman əsirgəməyib. Belə ki, 04 dekabr 2015-ci il tarixində \”Günəşli” neft yatağının 10 saylı dərin dəniz özülündə baş vermiş yanğın nəticəsində həyatını itirən və itkin düşən 11 nəfər nefçinin və aprel döyüşlərində şəhid olan əsgərlərin Bank of Baku-da mövcud olan bütün kredit borcları bankın rəhbərliyinin qərarı ilə bağışlanmışdır.

Xəbərlərdə adı çəkilən Baxışov Seymur Qulamhüseyn oğlunun şəhid olması haqqında xəbəri əldə etdikdən sonra onun Bank of Baku-da olan bütün kredit öhdəlikləri tamamilə silinmişdir və borcunun bağışlanmasına dair məlumat ailəsinə təqdim olunmuşdur. Adı çəkilən şəhidimizlə yanaşı digər şəhidimizin, Orucov Müşviq Arif oğlunun anasının da bankın daimi müştəriləri sırasında olması xəbərini əldə etdikdən sonra, onun da kredit borcu Bank of Baku tərəfindən bağışlanmışdır.

Şəhidimiz Baxışov Seymur Qulamhüseyn oğlunun anası Baxışova Zenfira Həsən qızının bankımızda olan kreditlərinin bağışlanması barədə qərar qəbul olunub və tez bir zamanda icra olunacaqdır. Məlumat üçün bildirək ki, şəhidimizin atası Baxışov Qulamhüseyn İzzət oğlunun da Bankda olan kredit öhdəlikləri üzrə güzəştli şərtlər tətbiq edilmişdir və tamamilə bağlanmasına bank tərəfindən dəstək göstərilmişdir.

Bankın əməkdaşının davranışına gəldikdə isə, bu məsələ ciddi araşdırılır və lazımi tədbirlər görüləcəkdir.

Bank of Baku ailəsi olaraq vətən uğrunda şəhid olan hər bir qəhrəmanımız qarşısında baş əyir və ailə üzvlərinə səbr diləyirik\”. (AzNews)

İnterpress.az