Samovar çayı və ərikli piroqbackend

Samovar çayı və ərikli piroq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəmir üçün:
2 st. un
1 ç.q. qabartma tozu
100 qr kərə yağı
100 qr şəkər tozu
2 ədəd yumurta

İçlik üçün:
300 qr kəsmik
2 x.q. xama
2 x.q. şəkər tozu
1 ədəd yumurta
1,5 x.q. nişasta
300 qr ərik

Xəmirin hazırlanması:
Otaq temperaturunda yumşaldılmış kərə yağı şəkər tozu ilə çırpılır.
Üzərinə yumurta əlavə edilib təkrar çırpılır.
Ələnmiş un və qabartma tozu əlavə olunaraq qarışdırılır.
Xəmir 1 saatlıq soyuducuya qoyulur.

İçliyin hazırlanması:

Kəsmik blenderdən keçirilir, üzərinə şəkər, xama, yumurta, nişasta əlavə olunub qarışdırılır.
Xəmir un səpilmiş masada yayılır.
Yağlanmış formaya yerləşdirilir.
Üzərinə içlik yayılır, ərik dilimləri düzülüb 160 dərəcəyədək qızdırılmış sobada 15-20 dəq. bişirilir.

Samovar çayı və ərikli piroq

İnterpress.az