Andrey Şevçenko Ukrayna milli komandasının baş məşqçisi təyin olunubbackend

Andrey Şevçenko Ukrayna milli komandasının baş məşqçisi təyin olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İclasda milli komandanın baş məşqçisi vəzifəsinə Ukrayna futbolunun əfsanəsi, 2004-cü ildə “Qızıl top”un sahibi Andrey Şevçenkonun təyin olunması haqqında qərar qəbul edilib. Bu barədə federasiya İcra Komitəsinin üzvü Sergey Kunitsın özünün “Facebook” səhifəsində bildirib.

Qərar yekdilliklə qəbul olunub. Müqavilə 2+2 illik imzalanıb. A. Şevçenkonun köməkçiləri Mauro Tassoti və Raul Rianço olacaq.

Xatırladaq ki, A. Şevçenko son Avropa çempionatında baş məşqçi Mixail Fomenkonun köməkçisi idi.

Ukrayna milli komandası 2018-ci il dünya çempionatının seçmə mərhələsində Türkiyə, İslandiya, Xorvatiya, Finlandiya və Kosovo milli komandaları ilə eyni qrupdadır.

İnterpress.az