Kürdəmir şəhərinin yeni salınan küçələrinə şəhid baş leytenant, “Azərbaycan Bayrağı” ordenli İsmayılov Əbu Bəkr Vüqar oğlunun və şəhid gizir, “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif olunan Qurbanov Tural Gürşad oğlunun adları verilib.
Hər iki gənc aprelin əvvəllərində Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində erməni təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olub.
İnterpress.az