Diaspor nümayəndəsinin Azərbaycana giriş qadağası aradan qaldırıldıbackend

Diaspor nümayəndəsinin Azərbaycana giriş qadağası aradan qaldırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Ukrayna Azərbaycanlılar Konqresinin sədri Rövşən Tağıyev bildirib ki, artıq dünəndən etibarən M. Salmanovanın Azərbaycana girişinə qoyulan qadağa aradan qalxıb.

R. Tağıyev bildirib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin M. Salmanovanın müraciəti əsasında Azərbaycan Dövlət Miqrasiya Xidməti ilə apardığı məsləhətləşmələrdən sonra qanuna müvafiq şəkildə qoyulan qadağa aradan qalxıb.

Qeyd edək ki, iyulun 13-də M. Salmanova bildirib ki, on iyunun 3-4 Bakıda keçirilən Dünya Azərbaycanlıların IV Qurultayından geri qayıdarkən Miqrasiya Məcəlləsinin tələblərini pozduğunu xatırladaraq 1 illik deportasiya ediblər.

O qeyd edib ki, Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən dəvət olunduğu qurultay bitdikdən sonra ata yurdu Şəki şəhərinə baş çəkib, iyunun 12-də Bakıda hava limanından Ukraynaya geri qayıdarkən Azərbaycan Dövlət Miqrasiya Xidmətinin (DMX) əməkdaşları ona qanunvericiliyi pozduğunu və 300 manat məbləğində cərimə olunduğunu bildiriblər.

M. Salmanova qanunu pozmasından xəbərsiz olduğunu, dəvət edən qurum tərəfindən ona belə bir xəbərdarlıq edilmədiyni əsas gətirərək cəriməni ödəməkdən imtina edib.

DMX əməkdaşları bu halda qanunvericiliyə əsasən, onun Azərbaycana girişini 1 il müddətinə məhdudlaşdıraraq Ukraynaya yola salıblar. (apa)

İnterpress.az