Məlumata görə, 03-AC-162 dövlət nömrə nişanlı təcili tibbi yardım maşınından təyinatı üzrə istifadə edilmək əvəzinə, vəzifəsindən sui-istifadə olunub.
Belə ki, qapısı açıq hərəkət edən təcili tibbi yardım maşını diqqəti çəkib. İlk öncə, hadisə şahidləri düşünüb ki, maşın içərisində xəstə ola-ola hərəkət edir.
Təcili yardım maşını saxlanıldıqdan sonra isə məsələyə aydınlıq gəlib.
\”Ambulans\” hər hansı xəstəni yox, əkin sahəsində çalışan qadınları daşıyırmış.
Bir növ təcili tibbi yardım avtomobili taksi funksiyasını yerinə yetirir. Həmin qadınlar qapının açıq olmasına isə \”sərinləyirik, onun üçün qapını açıq saxlamışıq\” deyə, cavab veriblər. (milli.az)
İnterpress.az