Hadisə bir neçə gün əvvəl Buzovna qəsəbəsi, Albalılıq adlanan ərazidə baş verib.
Məlumata görə, atasının çirkin niyyəti ilə üzləşən 15 yaşlı Fatimə başına gələnləri criminal.az-a danışıb. Bildirib ki, anası Esmira Muradova 12 il əvvəl atası Nafis Abdullayeva ilə qeyri-rəsmi münasibətdə olub:
\’\’Üç il əvvəl anam telefonda Nafislə dava etdi və bizi xalamgilə apardı. Bir müddət xalamgildə qaldıq. Nafis isə anama zəng edərək evə gəlməyimizi istədi. Biz evə qayıtdıq. Bundan sonra da davalar bitmədi. Bir dəfə qardaşlarının, daha sonra qonşuların yanında anamı təhqir etdi və döydü. Məcbur olub yenidən evdən çıxmalı olduq. Dekabrın 6-da axşam atam dostu ilə gəlib bizi xalamgildən götürdü. Qorxduğumuz üçün xalamın əri də bizimlə getdi.
Evə çatandan sonra Nafis yenidən anamı döydü. Yataq otağında anamı vəhşicəsinə zərbələr vurdu. Anam ağlayaraq hamama qaçdı, Nafis isə məni qolumdan dartaraq yataq otağına apardı, qapını isə açarla bağladı. Əvvəl mənimlə söhbət etdi, sonra isə atam deyilmiş kimi mənə qarşı hərəkətlər etməyə başladı. Məni paltar şkafına sıxaraq məcburi öpürdü. Onu nə qədər itələsəm də, əl çəkmirdi. Qorxurdum, o, mənə qarşı başqa hərəkət etmək istəyirdi. Onu var gücümlə itələyərək qaçdım.
Bəxtimdən açar qapının üstündə idi. Cəld qapını açaraq anamın üstünə qaçdım. Olanları anama başa salmağa çalışdım. Nafis saçımdan tutaraq \’\’heç kimə demə\’\’ deyərək üstümə qışqırırdı. Anamın gözünə siqaretin külünü tökmüşdü. Nafis bıçaq götürərək anamın üstünə cumdu, anama \’\’səni də öldürərəm, qızını da\’\’ deyirdi. Mən isə dözməyərək, baş verənlərin təsiri altında mətbəx bıçağıyla Nafisi belindən bıçaqladım. Təcili yardım çağırdıq, anam 102-yə zəng etdi, olanları danışdı. Polislər bizdən izahat aldı, bundan sonra bir müddət xalamın evində qaldıq. Sonra isə sığınacağa yerləşdik\’\’.
\’\’Bundan sonra evimizə köçürülməyimiz, eyni zamanda evdə baş verənlərlə bağlı Xəzər Rayon Məhkəməsində iş başladı. Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi başlandı. 2015-ci ildə biz məhkəmə qərarı ilə evimizə köçürüldük. Amma Nafis və onun keçmiş həat yoldaşı Dilarə iki uşağı ilə bizimlə eyni həyətdə olurdu. Nafis isə bizimlə birlikdə qalırdı. Lakin bundan sonra da Nafis bizə işgəncə verir, anamı döyürdü. Bir dəfə məni hamamda möhkəm döydü, məni otağa salaraq qapısını arxadan bağladı.
Günorta eşitdim ki, Nafis anama bıçaq çəkərək evin sənədlərinin onun adına keçirilməsini tələb edib. Bundan sonra onlar bələdiyyəyə gediblər və anama məcburi ərizə yazdırıb. Sonra Nafis bir müddət bizi evdən bayıra buraxmadı, telefonlarımızı əlimizdən aldı. Beş aydan sonra telefonumuzu geri qaytardı. Eşitdik ki, xalam rəhmətə gedib. Başımız xalamın yasına qarışan vaxt Nafis bundan istifadə edərək aşağı evi satıb. Bu il martın 6-da evdə Nafisin birinci arvadı Dilarə bizimlə dava etdi. Mən də dözməyərək cavab qaytardım. Dilarə əlindəki vedrə ilə məni vuraraq yaraladı. Xəstəxanada sol qaşıma 5 tikiş qoyuldu.
Bundan sonra evimizə getməyə qorxduq. Nafis isə dayanmadan zənglər edirdi. Bir neçə gün əvvəl, daha dəqiq desək, iyulun 7-də evimizə qayıdanda gördük ki, balaca ev də satılıb. Elə həmin gündən Nafislə birlikdə yaşayırıq, yenə içib sərxoş olur. Polisdə münaqişəli ailə kimi qeydiyyata alınsaq da, köməklik edən yoxdur\”, – deyə Fatimə vurğuladı. (milli.az)
İnterpress.az