Sarıkök dərini təravətləndirir və cavanlaşdırır. Həmçinin, dərini təmizləyir. Maskadan sonra dəridə yüngül qızartı ola bilər. Bundan narahat olmağa dəyməz. Çünki 1 saatdan sonra dəridəki gözəlliyə möcüzə kimi baxacaqsınız.
Gözaltı dəri üçün maska:
0.5 x.q sarıkök
1 x.q soda
2 damcı limon suyu
Ərzaqlar qarışdırılır. Həssas dəri üçün limon şirəsi əvəzinə gözaltı tonik, və ya su qatmaq olar. Bu \”qızıl maska\” göz altında 15 dəqiqə saxlanılır. İlıq su ilə üz yuyulur. Üzərindən yumuşaldıcı krem çəkilir. Bu maskanı qırışlar üçün 3 gündən bir etmək kifayət edir. Bu maskadan sonra xırda qırışlar açılacaq, dəri parlaqlaşacaq, gözaltı torbalar və qaraltı itəcək.
İnterpress.az