İtaliya mətbuatından xəbər verilir ki, “Papa Françesko boğulan azadlıqlar və sosial gərginlik arasında olan Ermənistanda” başlıqlı məqalədə Roma Papası Françeskonun keçən ayın sonunda Ermənistana səfəri təhlil olunub.
Müəlif məqalədə Ermənistanda insan hüquqlarının pozulması faktlarını diqqətə çatdırıb. Qeyd olunub ki, Papanın Qafqaza səfəri 24-26 iyun tarixlərində Ermənistanla başlayıb, 30 sentyabr – 2 oktyabr tarixlərində Gürcüstan və Azərbaycanla davam edəcək.
“Təsadüfi deyil ki, səfərin proqramı da təfərrüatlı olaraq son günlərdə yayılıb. Amma Roma Papası xristian Ermənistana bu ölkədəki yerli xristian icmalarını, qədim erməni kilsəsini ziyarət etmək kimi dini xarakterli səfər etməklə yanaşı, bu ölkədə gərginliyi artıran xoşagəlməz hadisələrə də bəlkə də şərh verməli idi. İnsan hüquqlarının müdafiəsinə çalışan aktivistlərin etirazları elə Françeskonun (Francesco) təyyarədən enməsi ərəfəsində başlayıb və Papanın bütün səfəri zamanı davam edib. Hadisələrin mərkəzində isə ofisi Fransada yerləşən Ermənistandakı siyasi məhbuslar komitəsinin müraciəti dayanırdı və Papa Françeskodan Dağlıq Qarabağ münaqişəsininə aid faciyəvi hadisələrin mərkəzində dayanmış Zhirayr Sefilyanın azad olunması bəradə olan petitsyaya qoşulması istənilmişdi. Ermənistanda çoxları tərəfindən milli qəhraman hesab olunan və müharibədəki xidmətlərinə görə birinci dərəcəli medalla təltif olunmuş Zhirayr bir müddətdir ki, antidemokratik tərzi və erməni siyasi aparatında tüğyan edən geniş korrupsiya ilə bağlı prezident Serj Sarkisyanı tənqid edən “yeni erməni cəbhəsi” adlı siyasi qrupun təşviqatçısıdır.
Komitə Papanı prezidentin opponentlərinin həbs probleminə biganə qalmamağa və məhbuslarla bağlı vasitəçilik üçün Ermənistan rəhbərliyi ilə müzakirə aparmağa çağırıb. Zhirayr Sefilyan bu ilin aprelində digərləri ilə birgə bir sıra mühüm dövlət binalarına hücum təşkil etmək və müxtəlif silah saxlamaq ittihamı ilə 20 iyun tarixində həbs edilib. Bu səbəbdən Sefilyan məhkəmə tərəfindən ona qarşı məhdudlaşdırıcı tədbir kimi həbs qərarı verildikdən sonra həbsxanaya göndərilmişdir, lakin aktivistlər bildirirlər ki, bu saxta ittihamın əsasında Ermənistanın siyasi panoramasında narahatlıq yaradan bir səsi boğmaq dayanır”. (azvision.az)
İnterpress.az