Qeyri-adi, acılı Tortilla şorbasıbackend

Qeyri-adi, acılı Tortilla şorbası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərkibi:
1 ədəd baş soğan
1 ədəd qırmızı bibər
2 ədəd pomidor
1 diş sarımsaq
1 tərəvəz bulyon kubu
1 x.q. tomat pastası
1 x.q. kərə yağı
1 x.q. bitki yağı
800 ml su
100 qr. bişmiş qara lobya
100 qr. bişmiş qarğıdalı
1 avokado
1 laym
1 baş qırmızı soğan
Keşniş
Tortilla cipsi
Duz, istiot zövqə görə

Hazırlanması:
Soğan xırda doğranılıb yağda qızardılır. Üzərinə doğranmış bibər, qabığı soyulub doğranmış pomidor əlavə olunub qarışdırılır.
Qarışığa rəndələnmiş sarımsaq, bulyon kubu, tomat pastası, duz, istiot əlavə olunub qarışdırılır. Kütləyə qaynar su tökülüb 20 dəq. bişirilir.
Bişmiş lobya, qarğıdalı və laym şirəsi qarışdırılıb şorbaya qatılır.
Nimçəyə doğranmış avakado, qırmızı soğan, keşniş və çipsi əlavə edilib, üzərinə şorba tökülür. (gilasmagazine)

İnterpress.az