Bundan əvvəl 38 nəfərin öldüyü, 1500-dən çoxunun yaralandığı bildirilirdi.
İyulun 8-dən başlayan iğtişaşlara səbəb “Hizbul-Mücahidin” separatçı qruplaşmasının fəal üzvü Burxan Müzəffər Vaninin təhlükəsizlik qüvvələri tərəfindən məhv edilməsi olub.
Pakistan “Camaati-İslami” partiyasının hərbi qanadı olan “Hizbul-Mücahidin” artıq 25 ildir Kəşmirin Hindistandan ayrılaraq Pakistana birləşməsi uğrunda mübarizə aparır. “Hizbul-Mücahidin” Hindistanda terror qruplaşması hesab edilir. ( apa )
İnterpress.az