“Hədiyyə” adlı bu film milli-mənəvi dəyərləri, Azərbaycan tarixində qadın qəhrəmanlığını və ailə dəyərlərini özündə əks etdirir.
Filmin rejissoru Zaur Tahirsoy deyib ki, Zeynəb Kəngərli və Nurlan Rüstəmov rollarını peşəkarlıqla canlandırıblar: \”Təbii ki, döyüş səhnəsinin gözəlliyi onun qrimindədir və bunun öhdəsindən qrim ustası Nəcibə Məmmədova məharətlə gəlib. Onu da qeyd edim ki, mükəmməl iş üçün professional komanda zəruridir və bu film də gözəl komanda işinin nəticəsidir. Məhz bu səbəbdən baxımlı və təsirli film olacağına inanıram\”.
Qeyd edək ki, filmin təqdimatı iyulun 24-də keçiriləcək. ( trend.az )
İnterpress.az