Gümrah olmaq üçün günə necə başlamalı?backend

Gümrah olmaq üçün günə necə başlamalı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səhərlər özünüzü yorğun, əzgin və enerjisiz hiss edirsiniz? Əslində, dünyada bir çox insan bu problemlə üzləşir.

Səhərləri yorğun oyanmağın və özünü gün ərzində həvəssiz, halsız hiss etməyin bir çox səbəbi ola bilər. Səbəbdən asılı olmayaraq, bu problemdən yaxa qurtarmağın kiçik və sadə üsulları var.

Həftənin hər günü və günün hər saatında özünüzü enerjili və gümrah hiss etməyiniz üçün aşağıdakı qaydalara əməl etməyi tövsiyə edir:

Səhər

1. Səhər zəngini eşidən kimi ayağa qalx.

Yuxunun ən şirin yerindəykən anidən çalan saat heç kəsin xoşuna gəlmir. Ancaq nə olursa olsun, saat çaldığı an oyanmağa çalışmalısınız. Zəngə baxmayaraq “5 dəqiqə də yatım, sonra duraram”, – deyə düşünmək ən pis vərdişlərdən biridir. Çünki bu vərdiş yuxudan oyanmaq prosesini çətinləşdirir və günə pis əhval-ruhiyyədə başlamağa səbəb olur.

Ona görə də saatın zəngini eşitdiyiniz anda dərhal yataqdan qalxın. 5 dəqiqəlik yuxu üçün bütün gününüzün pis keçməsinə imkan verməyin.

2. Oyanan kimi su iç.

Su içmək yuxuya getmiş əzələlərin oyanmasını təmin edəcək və özünüzü daha gümrah hiss etməyinizə səbəb olacaq.

Gün ərzində həzm sisteminin yaxşı işləməsi üçün də səhərlər su içmək çox böyük əhəmiyyət kəsb edir.

3. Səhərlər sağlamlıq üçün faydalı qidalar ye.

Səhər yeməyi çox önəmlidir. Odur ki, zülal və vitaminlərlə zəngin səhər yeməyi sizi günə ən yaxşı şəkildə hazırlayacaq.

4. Səhərlər idmanla məşğul ol.

Təbii ki, söhbət ağır idman hərəkətlərindən getmir. Yüngül hərəkətlər, 15 dəqiqəlik idman yerişi həm kalori xərcləyib, həm də enerjili hiss etməyinizi təmin edəcək.

Günortadan sonra

1.Təmiz hava al.

Masa başında oturub komputerə baxmaq bir müddət sonra sizi miskinləşdirəcək. Ona görə də günortadan sonra heç olmasa 1 saat təmiz havada gəzməlisiniz.

2. Yaşıl çay iç.

Çünki yaşıl çay stressi atıb, rahatlaşmağınızı ən qısa zamanda təmin etməyə qadirdir.

3. Səliqə-sahman yarat.

Əgər iş masanızın üstü dağınıqdırsa və ya evdə saəliqəsizlik hökm sürürsə, özünüzü yorğun və bezgin hiss etmək ehtimalınız daha böyükdür. Odur ki, 5 dəqiqə vaxt ayırıb ətrafda səliqə-sahman yaradın.

4. Enerji verən qidalarla qəlyanaltı et.

Günortadan sonra insan yavaş-yavaş acmağa başlayır. Ancaq tələyə düşüb karbohidratlı şirniyyatlar yeməyin. Enerji verən və sağlamlıq üçün də faydalı olan fındıq, fıstıq, qoz kimi çərəzlər və ya alma, armud kimi meyvələr yeyin.

Axşam yeməyindən sonra

1.Əsla spirtli içki içməyin.

Spirtli içki ümumilikdə orqanizmə zərərli olmaqla yanaşı, yuxu rejiminə də mənfi təsir edir. Gecələr spirtli içki içirsənsə, təəssüf ki, səhər özünü gümrah hiss edə bilməzsən.

2. Texnologiyadan aralan.

Bütün gün əlində planşet və telefonla gəzmək həm stressə səbəb olur, həm də yorğunluğa.

Ona görə də, heç olmasa, axşamlar, gecə yatmazdan öncə texnologiyadan uzaq dur. Ailə üzvləriylə söhbətləş və ya kitab oxu.

3. Vaxtında yat.

Sağlam olmağın ən birinci qaydası yaxşı yuxudur. Gün ərzində gümrah olmaq üçün gecələr tez yat.

İnterpress.az