Azərbaycann düşməni bizim düşmənimizdirbackend

Azərbaycann düşməni bizim düşmənimizdir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Türkiyənin baş naziri Binəli Yıldırım Ankarada jurnalistlərə açıqlamasında deyib.

“Ermənilər heç vaxt həqiqəti dəyişə bilməyəcəklər. Dağlıq Qarabağ Azərbaycanın torpağıdır”, – B.Yıldırım bildirib.

Baş nazir qeyd edib ki, “Qarabağ hər qarış torpağında azərbaycanlıların izi, mədəniyyəti var”.

“Mən istəyirəm ki, hər kəs bilsin: Azərbaycanın dostu dostumuz, düşməni isə düşmənimizdir. Azərbaycan torpaqlarının işğalı ədalətsizdir. Qaçqınlar və məcburi köçkünlərin tez bir zamanda öz evlərinə qayıtmalıdırlar. Türkiyə bunun üçün əlindən gələni edəcək”, – B.Yıldırım əlavə edib.

İnterpress.az