Ancaq insanların əksəriyyəti üçün zəngli saat güclü qıcıqlandırıcı amildir. Avropa alimlərinini araşdırmalarına görə, zəngli saat insanın əsəb sistemini gərginləşdirə bilər, miqren, baş ağrıları xəstəliklərinə səbəb ola bilər.
Zəngli saatdan əsasən şagirdlər, tələbələr, fəhlələr istifadə edirlər. Əksər insanlar saatın səsinin narahat etməsindən, əsəb gərginliyinin yaranmasından şikayət edirlər.
Nevroloq Turan Musayeva bu məsələ ilə bağlı ətraflı açıqlama verib:
\”Zəngli saatlar düzgün qurulmadıqda bizə yan təsirlər edir. Zəngli saatı qurmaqda məqsədimiz odur ki, günlük həyatımıza bir proqram şəklində başlayaq. Ancaq bunun da insan orqanizminə pis təsir etməmək üçün öz yolları var.
Axşam yatarkən pəncərərlərin pərdəsi açmaq lazımdır ki, səhər günəş qalxanda otağa şüasını salaraq, bizi oyatsın.Günəş şüası bu zaman insan beynində melatonin və adrenalin hormonuna təsir edir.
Artıq orqanizmdə oyanma baş verir. Bundan sonra zəngli saat çalarkən bizə yan təsir etməyəcək. Və günə pozitiv əhval ruhiyyə ilə başalayacağıq. Ancaq bədəndə oyanıqlıq olmasaydı zəngli saatın səsi bizdə qıcıq yaradaraq, günə neqativ ruhda başlamamıza təsir edə bilərdi.
İnsan 07:30-da oyanmaq istəyirə, 15 dəqiqə əvvəl saatın çalması məsləhətdir. Çünki həmin vaxt orqanizm özünü hazırlamış olacaq.
Anidən qaranlıq olan otaqda, orqanizmdə hər şeyin öz normasında getdiyi halda zəngin çalması insanda ürək döyüntüsü ritmini dəyişir. Bu davamlı olduğu üçün müəyyən insanlarda panit atak tipli vəziyyət yarada bilər. Həmçinin, insanda stress də yarada bilər. Bu da zamanla xəstəliklərə gətirib çıxarar\”. (atv)
İnterpress.az