Türkiyənin böyük magistral Boğaziçi və Fatih Sultan Mehmet körpüləri terror təhlükəsi səbəbindən bağlanıb.
Hər iki körpünü əsgərlər müasirəyə alıb. Anadoludan Avropaya gedən avtomobillər geriyə göndərilir.
Türkiyənin iki iri magistral körpüsünə zirehli texnikalar cəlb olunub.
Türkiyədə yaşayan azərbaycanlı jurnalist İbrahim Nəbioğlu facaebook statusunda olayı belə şərh edib:
\”İstanbulda Asyadan Avropaya keçid tamamən dayandı. Fatih Sultan Mehmet və Boğaziçi körpüləri ordunun nəzarətinə keçib. Ankara üzərində F-16 -lar uçur. Hökümətin və Məclisin yerləşdiyi Ankaranın Kızılay səmtində hərəkətlilik müxtəlif dedi-qodulara səbəb olub.
Rəsmi heç bir məlumatın verilməməsi xalq arasında panikanın güclənməsinə səbəb olub.
Ağla batan versiyalardan biri kəşfiyyatın terrorla bağlı bir məlumat alması və buna görə görülməmiş bir təşfiş, qorxu, vahimənin baş alıb getməsidir…..\”
İnterpress.azhttps://youtube.com/watch?v=EEtAK-ADjrA