Türkiyədə hal-hazırda hərbi çevriliş baş verir. Bizimyol.info xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin saytı ölkədə hakimiyyətin ələ keçirildiyi rəsmi olaraq elan edib. Bundan bir neçə dəqiqə sonra sayt fəaliyyətini dayandırıb. Hal-hazırda Ankarada F-16-ların uçduğu deyilir.
Ölkənin müxtəlif şəhərlərində ordu polisləri nəzarətə götürüb. Baş nazir B.Yıldırım hərbi çevriliş cəhdinin olduğunu təsdiqləyib. Ölkənin bəzi rəsmi media qurumlarının fəaliyyətinin dayandırıldığı deyilir.(bizimyol.info)