AzNews.az yerli KİV-lərə istinadən xəbər verir ki, Yıldırım “Twitter” hesabında “vətəndaşlarımızın meydana toplanmasını xahiş edirəm” şərhi ilə 38 saniyəlik video paylaşıb.
Videogörüntü ilə vətəndaşlara səslənən Baş nazir insanları meydanları tərk etməməyə çağırıb: “Saxlanılmalar davam edir. Vətəndaşlarımızdan hadisə tamamilə başa çatanadək meydanları tərk etməməyi, hətta sabah işığında oyanan bütün vətəndaşlarımızdan Ankara və İstanbul başda olmaqla meydanlara toplanmaqlarını xüsusilə xahiş edirəm. İşlərimiz planlaşdırılan şəkildə davam edir. İnşallah bu caniləri, bu terror qruplaşması üzvlərini zərərsizləşdirəcəyik”.
İnterpress.azhttps://youtube.com/watch?v=EGi3wqid6Hw