“Əsgərlər zorla mənə xəbəri oxutdurdular”backend

“Əsgərlər zorla mənə xəbəri oxutdurdular”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

TRT kanalında bir neçə saat əvvəl Türkiyədə dövlət çevrilişi ilə bağlı bəyanatı oxuyan diktor danışıb.
Məlumata görə, aparıcı həyatının ən çətin yayımı olduğunu deyib. Onun sözlərinə görə, xəbəri silahlı əsgərlərin təzyiqi altında oxuyub.

\”3-4 saat əvvəl dəhşət yaşadıq. Karyeramda ən çətin yayımıma çıxmışdım. Saatlarla girov olduq. Qollarımızı arxadan bağlamışdılar. Təhqir edirdilər bizi. Yayımda o mətni oxumaq üçün silahlı əsgərlər məni məcbur etdi. O şərtlər altında bizə oxutdular. Çox şükür xəsərət alan olmadı. O anları bir də xatırlamaq istəmirəm\”, deyə aparıcı bildirib.

Bir neçə saat əvvəl TRT kanalının xəbər aparıcısı canlı yayımda Türkiyə dövlət çevirilişi olduğunu demişdi. (ans)

İnterpress.azhttps://youtube.com/watch?v=4unoOCKXH78