Rusiya Dövlət Duması Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı qanuni prezident kimi tanıyır.
Məlumata görə, bu barədə Rusiya Dövlət Dumasının beynəlxalq işlər üzrə komitə başçısı Aleksey Puşkov bildirib.
\”Ərdoğanın bəzi qərarlarının mübahisəliliyinə baxmayaraq ölkədə qanuni hakimiyyəti o təmsil edir. Ərdoğan – qanuni prezidentdir. Qanunauyğunluq – sui-qəsdə qarşı güclü silahdır\”, – deyə Aleksey Puşkov “Twitter” hesabında yazıb. (ans)
İnterpress.az