Prezident İlham Əliyev Azərbaycanın Türkiyə dövlətinin və xalqının yanında olduğunu, Türkiyə vətəndaşlarının demokratik yolla seçdiyi hakimiyyəti hərtərəfli dəstəklədiyini bəyan edib, bununla bağlı ölkənin müvafiq orqanlarına lazımi tapşırıqlar verib.
Azərbaycan dövlətinin başçısı Türkiyədə çevriliş cəhdinin qarşısının alınması, vəziyyətin sabitləşdirilməsi istiqamətində həyata keçirilən tədbirləri alqışlayıb, qardaş ölkədə qısa zamanda vəziyyətin normallaşacağına ümidvar olduğunu bildirib.
Prezident İlham Əliyev Türkiyədə baş vermiş dövlət çevrilişi cəhdi nəticəsində həlak olmuş insanlara Allahdan rəhmət diləyib, onların yaxınlarına başsağlığı verib və bütün yaralılara şəfa arzulayıb.
İnterpress.az