Rusiya mətbuatından xəbər verilir ki, Jirinovski Türkiyədə uğursuz hərbi çevrilişdən sonra bu ölkədə hərbçilərin istənilən halda hakimiyyətə gələcəklərini deyib.
O əlavə edib ki. Rusiya Türkiyədə hakimiyyətdə olan hər hansı hökumətlə münasibət qurmalıdır.
“Türk hərbçilərinin bütün çevrilişləri demokratiyanın inkişafına, cinayətkarlıqla mübarizənin güclənməsinə gətirib çıxarıb.
Biz Türkiyədə mövcud olan hakimiyyətlə münasibət qurmalıyıq. İnandırıram ki, yaxın illərdə hərbçilər onsuz da hakimiyyəti ələ alacaqlar.
Mən əvvəldən demişdim ki, hər şey hərbi çevrilişlə bitəcək”, – Jirinovski deyib. (ans)
İnterpress.az