Bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Şəfa Mehmanqızı məlumat verib.
Onun sözlərinə görə, Bakı Beynəlxalq Avtovağzalı və \”Metro\” turizm şirkəti arasında aparılan danışıqlara əsasən,20 iyuldan etibarən Bakı-Samandra-Antalya,Bakı-Samandra-Alanya,Bakı-Samandra-Bodrum,Bakı-Samandra-İzmir,Bakı-Samandra-Kuşadası istiqamətində reyslər həyata keçiriləcək.
Şəhərin məsafəsindən asılı olaraq səfər saatı 30-40 saat arasında dəyişəcək. Biletin qiyməti 120 AZN təşkil edəcək və bura baqaj da daxildir.
Qeyd edək ki, reyslər həftənin 2-4-6-cı günləri həyata keçiriləcək. (virtualaz.org)
İnterpress.az